Muəllif:

“Bakı” Madrid “Real”ının sabiq futbolçusunu transfer edib

“Bakı” yeni mövsüm ərəfəsində daha bir futbolçunun transferini həll edib. Paytaxtın eyniadlı təmsilçisi ispaniyalı Ruben Qonzalesi heyətinə qatıb. Bunadək onun həmyerlisi Mario Alvareslə anlaşan “zolaqlılar” müdafiənin mərkəzinə ikinci ispaniyalını gətirməklə bu mövqedə cütlük yaradıb.

Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının yetirməsi olan 31 yaşlı müdafiəçi 2006-cı ilədək “Kral klubu”nda çıxış edib. 2001/02 mövsümündə Çempionlar Liqası, növbəti il İspaniya çempionluğunu yaşayan Ruben “Real”a məxsus olduğu vaxt “Albasete” və Mönhenqladbax “Borussiya”sında icarədə də olub.

2006-cı ildə Madridi tərk edəndən sonra isə müdafiəçi “Selta”, “Malyorka”, “Rasinq”də oynayıb. Son 2 ildə isə Ruben “Osasuna”nın şərəfini qoruyub.

Yeni komandasındakı həmyerlisi Alvareslə həm də yaşıd olan Qonzales də ölkəsinin U-16, U-17, U-18, U-20 və U-21 yığmalarının şərəfini qoruyub. Bu 2 mərkəz müdafiəçisi 1999-cu ildə İspaniya millisi ilə U-16-lar arasında Avropa çempionluğunu da birlikdə qazanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139