Muəllif:

Bakı İran parlamentində səslənən məntiqsiz mülahizələri araşdırır

Elmar Məmmədyarov İran rəhbərliyinin Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə yol verə bilməsini «az inandırıcı» hesab edir. Nazir bu gün jurnalistlərə İran parlamentindən ayrı-ayrı İran deputatların
söylədikləri şaşırdıcı və məntiqsiz mülahizələri şərh edərkən belə demişdir.

Rəsmi Bakı İran rəhbərliyinin Azərbaycana qarşı belə düşmənçilik addımlarına yol verə biləcəyinə inanmasa da, hazırda bu məsələni araşdırır, deyə nazir sözlərinə əlavə edib.

Bəlli olduğu kimi, İran parlamentində 200 il bundan öncənin tarixi faktı olan Gülüstan və Türkmənçay müqavilələrinin ləğvi və bununla da bütün Güneq Qafqazı yenidən İrana birləşdirmək kimi sağlam düşüncə ilə bir araya sığmayan — kimin üçünsə fantastik, kimin üçünsə gülüş doğuran fikirlər səslənib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 148