Muəllif: Redaksiya
Bakı Fransız Liseyinin açılışı elan edildi
Fransanın Azərbaycandakı səfiri cənab Paskal MÖNYE, Əməkdaşlıq və Mədəniyyət Müşaviri cənab İv ZOBERMAN və Fransanın Azərbaycan Səfirliyinin bütün heyəti Bakı Fransız Liseyinin açılışını elan edir. 2013-2014 dərs ilinin sentyabr ayında Fransız Liseyi ilk dəfə şagird qəbul edəcək, deyə səfirlikdən AYNAya bildirilir.
Fransız liseyi hələlik paytaxt məktəblərinin birində müvəqqəti olaraq yerləşəcək, 2014-cü ildə isə Ağ şəhərin mərkəzindəki binasına köçəcək.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 330

