Muəllif:

Bakı Con Kerrinin təklifini alqışlayır

Dövlət katibi Con Kerrinin Türkiyədə olarkən bu ölkənin Dağlıq Qarabağ münaqisəsinin həllində rolunun artırılmasına dair fikirləri ABŞ erməni diasporunun ciddi tənqidi ilə üzləşib. Halbuki konqresmen kimi Con Kerri hər zaman erməni diasporunu və lobbisini dəstəkləyən şəxslərdən biri olub.
Bununla bağlı, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Trend-ə bildirib ki, Con Kerri əslində konqresmen və dövlət katibi olaraq tamamilə fərqli simalardır. Çünki konqresmen olarkən o, yalnız öz seçicilərinin istədiyini ifadə edirdi, indi isə ABŞ-ın milli maraqlarından çıxış edir.
«ABŞ-ın milli maraqları isə Türkiyənin bir neçə bölgədə güclənməsi ilə üst-üstə düşür. Bunlar Yaxış Şərq, Qara dəniz, eyni zamanda Cənubi Qafqaz bölgələridir. Bu bölgələrdə ABŞ Türkiyə vasitəsi ilə öz maraqlarına uyğun olaraq fəaliyyət və təşəbbüslərdə bulunur. Əfsuslar olsun ki, keçmişdə biz bu təşəbbüsləri o qədər də məntiqli və reallığa uyğun olmayan layihələrdə görmüşük. Bu da Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması mövzusudur. İnanmaq istərdik ki, Türkiyənin Cənubi Qafqazda rolunun artırılması birbaşa olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq», — SAM-ın direktoru qeyd edib.
Məmmədovun sözlərinə görə, Türkiyə onsuz da Dağlıq Qarabağ münaqişənin həllində dolayısı ilə iştirak edir. Çünki Türkiyə həm ATƏT Minsk qrupunun 11 üzvündən biri, eyni zamanda Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra Ermənistanla sərhədlərini bağlayaraq işğalçını cəzalandıran bir ölkədir. Bu mövqə ABŞ üçün yeni xəbər deyil.
«Bundan irəli gələrək ABŞ bu kontekstdə və məntiqlə Türkiyəni Dağlıq Qarabağ probleminin həllində dəstəkləyirsə, biz buna yalnız sevinə bilərik», — Məmmədov əlavə edib.
Erməni lobbisi öz növbəsində Con Kerrini Türkiyənin Dağlıq Qarabağ münaqişəsini nizama salınmasında böyük rol oynadığını söylədiyinə görə tənqid edib. Amerikanın Erməni Milli Konqressi (ANCA) Con Kerrinin Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin böyük rol oynamasını etiraf etdiyi onları hirsləndirib.
ANCA Kerrini «odun üzərinə yağ tökməkdə» ittiham edib.
«Armenpress» agentliyi məlumat verir ki, ANCA Facebook sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, Türkiyə və Ermənistan dostluğunun olmamasına baxmayaraq, dövlət katibi Con Kerri Dağlıq Qarabağ məsələsində Ankaranın böyük rolu olduğunu ön plana çəkir.
Con Kerri aprelin 18-də Nümayəndələr Palatasında çıxışı zamanı bildirib ki, Türkiyə Dağlıq-Qarabağ və Kipr məsələlərinin həllində konstruktiv oyunçu olacaq.
«Türkiyə bizimlə iki həll olunmayan münaqişə barədə danışıqlar aparır — Dağlıq Qarabağ münaqişəsi və Kipr probleminin həlli. Türkiyə bu problemlərin həll olunmasında əhəmiyyətli rol oynayır», — deyə
Anadolu Agentliyi Kerrinin sözlərinə istinadən bildirir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 164