Muəllif:

Bakı-Axalkalaki-Kars dəmiryolunun yekunlaşması niyə 2 il ləngiyir?

Gürcüstan prezidenti Mixail Saakaşvili bir daha təkrar edib ki, Kars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolunun yekunlaşması iki il təxirə salınır. “Tikintinin bu il yekunlaşması planlaşdırılsa da, o, iki il təxirə salınacaq”, deyə Saakaşvili iyulun 8-də keçmiş diplomatlarla görüşündə bildirib (Turan-BS PRESS). Prezidentin sözlərinə görə, bu, Gürcüstan üçün təhlükəlidir, o, regional mərkəz funksiyasını itirə bilər.
“Dəmir yolunun və Lazik limanının yekunlaşması Əfqanıstandan Amerika qoşunlarının çıxarılması zamanı yük dövriyyəsinin Gürcüstanın payına düşəcəyi demək idi”, deyə Saakaşvili qeyd edib.
Bununla əlaqədar olaraq, prezident bildirib ki, Gürcüstan bu şansı “şüurlu” siyasəti ilə qaçırıb.
Əvvəlki ölkə hakimiyyəti, Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri yeni Lazik şəhərinin, habelə Qara dəniz sahillərində Lazik limanının tikintisini planlaşdırırdılar. Gürcüstan milyarderi Bidzina İvanişvilinin “Gürcü arzusu” koalisiyasının qalib gəldiyi 1 oktyabr 2012-ci il parlament seçkilərindən sonra yeni hakimiyyət yeni şəhər və limanın tikintisini məqsədəuyğun saymayıb.
BTQ dəmir yolu nəqliyyat dəhlizinin tikintisi layihəsinə 98 kilometr uzunluğu olan Qars-Axalkalaki dəmir yolu qolunun tikintisi daxildir. Bu qolun 68 kilometri Türkiyə, 30 kilometri Gürcüstan ərazisinə düşür. BTK dəmir yolunun Gürcüstan hissəsinin tikintisi və yenidənqurması üçün Azərbaycan tərəfi Gürcüstana ümumilikdə 775 mln. dollar imtiyazlı kredit ayırıb.
Ötən həftə Gürcüstan baş naziri Bidzina İvanişvili bildirib ki, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu magistralının tikinti templəri xeyli güclənəcək. -02D-

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 223