Muəllif:

Bahhabilərin saqqalını qırxmayaq, onları başa salaq

Mən əminəm ki, radikallıqla ən yaxşı mübarizə qəzetlərdə və informasiya resurslarında məqalələr də daxil olmaqla maarifləndirmə işi aparmaqdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov bu fikirdədir. Zülfüqarov xatırladb ki, Azərbaycanda vahhabiliyin, yaxud sələfiliyin yayılması 20-ci əsrin sonlarından başlayıb, ölkə müstəqillik qazandıqdan sonra bu cərəyanın nümayəndələri Azərbaycana gəlməyə və fəallaşmağa başlayıblar:

“Xaricdən gələn emissarlar xeyriyyə təşkilatlarının xətti ilə təbliğat aparıb, gəncləri öz sıralarına cəlb etməyə çalışıblar. Vahhabilərin təsirinə əsasən din haqqında təsəvvürü olmayan insanlar düşüb. Bu radikal dini cərəyanın nümayəndələri öz baxışlarını Qurandan gətirdikləri və əsl mənasını təhrif etdikləri ayə və hədislərlə möhkəmləndirməyə çalışıblar. Əsl islamı təhrif ediblər”.

Şöbə müdiri vurğulayıb ki, dini icmalar bu problemə ciddi diqqət yetirməli və profilaktiki mübarizə üsullarından istifadə etməlidirlər: “Ancaq vəhhabilərlə başqa üsullarla mübarizə aparmaq qəbuledilməzdir. Məsələn, onların saqqallarını qırxmaq yolverilməz üsuldur. Onlarla qanun çərçivəsində rəftar edilməlidir”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122