Muəllif: Redaksiya
Bağdadın quzeyində iranlı zəvvarlara hücum edilib: ölənlər var
Bu gün Bağdadın quzeyində iranlı zəvvarları aparan avtobusa terrorçu-intiharçının hücumu nəticəsində ən azı 4 nəfər ölüb, 25 nəfər yaralınıb. İTAR-TASS-ın İraq KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə Diyalə vilayətinin inzibati mərkəzi Baakuba (paytaxtdan 60 km şimalda yerləşir) şəhərinin yaxınlığında baş verib.
Terrorist minalanmış avtomobili İraqda şiələr üçün müqəddəs yerləri ziyarət etmək niyyəti ilə qonşu ölkədən gələn zəvvarların yaxınlığında partladıb. Zərərçəkənlərin əksəriyyəti ağır vəziyyətdə yerli xəstəxanalara çatdırılıb.
Həkimlər ölənlərin sayının artacağını istisna etmir.
Bölüm: Dünya
Oxunma sayı: 103