Muəllif:

Bağdad: intiharçı kamikadzelər yas çadırını hədəf alıb

Bağdadda sentyabrın 21-də törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 96-a çatıb. İraq-Türkmən xəbər qaynaqlarına istinadən olay Bağdadın quzey-doğusunda Sədr şiə bölgəsində baş verib, olay yerində böyük vahimə yaşanşb. Öncə içərisində onlarca insanın olduğu yas çadırının yaxınlığında avtomobil partladılıb, bundan sonra ikinci avtomobil terrorçu-kamikadze tərəfindən partladılıb. Son illərin ən qanlı terror aktı sayılan bu hadisə nəticəsində 72 nəfər ölüb, 120-dən çox insan yaralanıb.

Bundan başqa paytaxtdan 200 km aralıda yerləşən Bayci şəhərində polis geyimində olan 4 terrorçu kamikadze polis xüsusi təyinatlıların bazasına soxularaq üzərilərindəki partlayıcı qurğuları işə salıb. Partlayış nəticəsində 7 nəfər ölüb, daha 20 polis yaralanıb.Ölkənin digər bölgələrində də partlayışlar törədilib, ölənlərin ümumi sayı 96-a çatıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130