Muəllif:

Azerspace ixrac marşrutlarının təhlükəsizliyinə nəzarət edəcək

Azerspace/Africasat-1a peykinin resurslarından Avropaya enerji resurslarının çatdırılması üçün istifadə olunan Bakı-Tbilisi-Ceyhan və başqa boru kəmərləri kimi layihələrin təhlükəsizliyinin təmin olunması üçün istifadə olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, hazırda bütün bu məqsədlər üçün Turksat peykindən istifadə olunur.
Nazirin hesab etdiyi kimi, məhz Turksat və Fransanın Hotbird peykləri bu regionda Azərbaycan peykinin rəqibləridir.
BTC neft və qaz kəmərləri kimi mühüm magistrallar Azerspace-in fəaliyyət zonasında yerləşir. Azərbaycan peyki bu marşrutları təhlükəsiz məlumat mübadiləsi, idarəetmə və s. üçün zəruri olan hər şeylə təmin etməyə qadirdir. Öz növbəsində, Türkiyənin peyki alternativ rolunda çıxış edə bilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125