Muəllif:

Azərreyl İtaliya millisinin ulduzu Lusia Bosetti ilə anlaşdı

Azərreyl İtaliya yığmasının voleybolçusu Lusia Bosetti ilə anlaşdı,
artıq müqavilə bağlanıb və bu, Azərreylin ilk transferidir. “Dəmiryolçular” İtaliya millisinin ulduzu Lusia Bosetti ilə danışıqları müsbət yekunlaşdırdığı barədə Apasport.az saytı xəbər yayıb.

Bir gün öncə “Pyaçentsa” ilə İtaliya çempionluğunu bayram edən və A seriyasının ən dəyərli voleybolçusu seçilən 24 yaşlı hücumçu növbəti 1 ildə Bakı klubunda oynamağa razılığını verib. Onun keçidinin reallaşmasında klubun baş məşqçisi, yeni mövsümdə Azərreyldə işləyəcək Covanni Kapraranın rolu olub.

Karyerasına gəlincə, Bosettinin 2007-ci ildən ölkəsinin yığmasında oynayır və indiyədək 154 matçda millinin şərəfini qoruyub. Bu illərdə dünya çempionatının (2011), dünya kubokunun (2009) və 2 dəfə Avropa çempionatının (2009, gənclər arasında 2006) qalibi olub. Lusia, həmçinin əsas komanda ilə 2 dəfə Dünya Qran-prisinin (2008, 2010) bürünc mükafatına sahib çıxıb.

Azərreylə transfer olunana kimi isə “Amatori Oraqo” (2003-2007), “Sassuolo” (2007-2009), “Foppapedretti” (2009-2011), “Villa Kortese” (2011-2012) və “Pyaçentsa” (2012-2013) klublarının şərəfini qoruyub. 176 sm boya malik Bosetti bu komandalarla 1 dəfə Çempionlar Liqasının (2009-2010), 2 dəfə İtaliya çempionatının (2010-2011, 2012-2013) və 1 dəfə ölkə kubokunun qızıl medalını qazanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131