Azərbaycanlıların döyülməsi ilə bağlı iş Fransa prokurorluq orqanlarına verilib
Azərbaycan diasporunun iki fəalının Milli Assambleyanın binasında döyülməsi ilə bağlı iş Fransa prokurorluq orqanlarına verilib. Bu barədə Azərbaycanın Fransa səfirliyindən məlumat daxil olub. Bildirilir ki, faktla bağlı cinayət işinin qaldırılması və bu işin hansı maddələr üzrə tövsif edilməsinə prokurorluqda qərar veriləcək. Məsələnin yaxın zamanlarda həllini tapacağı ehtimal edilir.
Xatırladaq ki, fevralın 26-da Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov Fransa parlamenti binasında erməni diasporundan olan zorakı subyektlər tərəfindən vəhşicəsinə döyülmüşlər. Bu faktla bağlı iş Fransa Jandarmeriyasına verilmişdı. Xəsarət alanlar və insidentdə iştirak edən ermənilər hadisə ilə bağlı ifadə veriblər.
Fransa XİN və Fransa Milli Assambleyası Mirvari Fətəliyeva və Vüsal Hüseynovaya qarşı zorakılıq aktını pisləyiblər.