Muəllif:

Azərbaycanlı siyasi mühacirlər Brüsseldə aksiya keçiriblər

Avropada yaşayan 50-dən çox azərbaycanlı siyasi mühacir iyunun 6-da Brüsseldə aksiya keçirib. Aksiyanın təşkilatçısı Azərbaycan Demokratik Hərəkatı olub. Təşkilatçıların Turan-a verdikləri məlumata görə, Lüksemburq meydanında keçirilən aksiya iştirakçıları AB və Avropa Parlamentindən Azərbaycanda prezident seçkiləri zamanı şəffaflığın təmin edilməsi üçün səyləri fəallaşdırmağı tələb ediblər.
Aksiya başa çatdıqdan sonra siyasi mühacirlər Avropa Parlamentinin Asiya məsələləri üzrə departamentinin baş katibi Filipp Kamarislə görüşüblər. İki saatdan çox davam edən görüşdə iştirakçılar Azərbaycandakı vəziyyət, azadlıqların pozulması faktları haqqında məlumat veriblər.
Daha sonra Avropa Parlamenti və Avropa Birliyi nümayəndələrinə Azərbaycanda siyasi mənzərəni əks etdirən bülletenlər, habelə bəyanat verilib. Mühacirlər Avropanın başqa şəhərlərində də aksiyalarını davam etdirmək niyyətində olduqları bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 109