Muəllif:

Azərbaycanlı Moskva polisinə rüşvət təklif edib və …saxlanıb

Rusiya polisinin Moskva vilayətinin Dolqoprudnı rayonunda yerləşən meyvə-tərəvəz bazasında keçirdiyi “təmizləmə əməliyyatı” nəticəsində Azərbaycan vətəndaşı saxlanılıb. RF DİN Moskva vilayəti üzrə Baş İdarəsinin yaylığı məlumata istinadən, saxlanılan Azərbaycan vətəndaşının polisə iki qohumu barəsində inzibati protokol tətbiq edilməməsi üçün rüşvət təklif etdiyi bildirilib. Onun barəsində RF CM 291.3-cü (vəzifəli şəxsə rüşvət vermə) maddəsi ilə cinayət işi başlanıb.

Dolqoprudnı rayonunda yerləşən meyvə-tərəvəz bazasında keçirilən əməliyyat zamanı polis Rusiya miqrasiya qanunvericiliyini pozan 600-ə yaxın xarici vətəndaşı saxlayıb. Bazanın ərazisində qeyri-leqal miqrantlar üçün yaşayış ərazisinin salındığı da bəlli olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145