Muəllif:

Azərbaycanlı iş adamları Moskvada aksiya keçirdilər

Moskvanın Çertanov Rayon Məhkəməsi “Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. APA-nın Moskva müxbiri xəbər verir ki, məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrovsk” meyvə-tərəvəz bazasının daxil olduğu “Novıe Çeryomuşki” QSC-nin fəaliyyətinin dayandırılıb.

Məhkəmədə iddiaçı qismində “Rospotrebnadzor” iştirak edib. “Rospotrebnadzor”un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib.

Qeyd edək ki, Pokrov bazasında yüzlərlə azərbaycanlı çalışır. Hazırda bazaya meyvə-tərəvəz gətirən azərbaycanlı sahibkarlar köməksiz vəziyyətdə qaldıqlarını bildirirlər. Sahibkarların dediyinə görə, “Rospotrebnadzor” dəyəri milyon dollarlarla olan malı bazadan çıxarmağa imkan vermir: “Hazırda malı bazadan buraxılmayan azərbaycanlı sahibkarlar baza administrasiyasının qarşısında aksiya keçirirlər. Burdakı sahibkarlar milyonlarla dollar ziyana gedib”.

Qeyd edək ki, bu gün Moskva meri Sergey Sobyanin Moskva Şəhər Dumasında çıxışı zamanı “Pokrov” meyvə-tərəvəz bazasının bir daha fəaliyyət göstərməyəcəyini söyləyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 270