Muəllif:

Azərbaycanlı iş adamının oğlunu «bizimkilər» oğurlayıbmış

Tula vilayətində azərbaycanlı iş adamının girov götürülmüş oğlunu azadlığa buraxmaq müqabilində 3 milyon dollar tələb edən şəxslər həbs olunublar. Avqustun 4-də Azərbaycan vətəndaşı olan iş adamı hüquq-mühafizə orqanlarına müraciət edərək Moskva ali məktəblərindən birində təhsil alan oğlunun naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. Naməlum şəxslər avqustun 4-dən 11-dək iş adamına zəng vuraraq oğlunun azadlığa buraxılması müqabilində 3 milyon dollar tələb ediblər.

Bu gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tula vilayətindəki evlərin birində cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər həbs olunub. Onlardan üçü Azərbaycan əsilli Rusiya vətəndaşı, biri Rusiyada müvəqqəti qeydiyyatda olan azərbaycanlı, biri Çuvaşiya vətəndaşıdır. Girov sağ-salamat azadlığa buraxılıb, onun həyatı üçün təhlükə yoxdur. Faktla bağlı cinayət işi başlanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 217