Azərbaycanlı gimnastlar gümüş və bürünc medallar qazanıblar
Azərbaycanlı akrobatlar Böyük Novqorodda «Volkov kuboku» beynəlxalq yarışında ikinci və üçüncü yerləri tutublar.Azərbaycan Gimnastika Federasiyası xıbır verir ki, Lalə Hüseynova və Xoşqədəm Quliyevadan ibarət qadın cütlüyü gümüş mükafat qazanıb. İlk iki tapşırığın (balans və temp) yerinə yetirilməsindən sonra azərbaycanlı duet inamlı şəkildə seçmə mərhələnin sıralamasında ilk üçlükdə qərarlaşıb. Finalda isə Lalə və Xoşqədəm yalnız meydan sahiblərinə uduzaraq ikinci olublar.
Elçin Əlibəyov və Emin Gülməmmədlidən ibarət kişi dueti yarışlarda üçüncü nəticə göstərib.
İstənilən halda Rusiyadakı yarışa məşqçilər qərargahı tərəfindən Avropa çempionatı ərəfəsində və oktyabr ayında Portuqaliyada baş tutacaq böyüklər arasında qitələrarası yarışa yoxlama kimi baxılıb.
Pireney yarımadasında isə, Azərbaycanın debut etdiyi gimnastikanın batut növündə yarışlar keçirilib. İlk dəfə beynəlxalq arenaya çıxan Ruslan Ağamirov heç də bütün elementlərin öhdəsindən uğurla gələ bilməyib. Burada daxili gərginlik və təcrübənin olmaması özünü göstərib. Gimnastımızın Dünya kubokunda 42-ci yeri tutması onun daha çox elementlər üzərində işləməsini şərtləndirir. Çünki Dünya kubokunun növbəti mərhələsi yaxın vaxtlarda keçiriləcək. Bu həftənin sonunda İspaniya gimnastların növbəti turnirini qəbul edəcək.