Muəllif:

Azərbaycanlı diplomatların ailələri və diaspor Misirdən çıxarılıb

Misirdəki gərgin vəziyyətlə əlaqədar olaraq azərbaycanlı diplomatların ailələri və diaspor üzvləri bu ölkədən çıxarılıb. Azərbaycanın Misir səfiri Şahin Abdullayev mətbuata bildirir ki, ölkədə vəziyyət gərgin olaraq qalır və təhlükəsizlik məqsədilə Misirdəki diplomatların ailələrinin və burada yaşayan Azərbaycan diasporunun ölkədən çıxarılması barədə qərar qəbul edilib: «Çərşənbə axşamı onlar təyyarə ilə Bakıya göndəriliblər».
Misir müxalifəti bir həftədən artıq müddətdir ki, hökumətə qarşı etiraz aksiyaları keçirir.
Daha əvvəl bazar ertəsi xarici işlər naziri Məhəmməd Kamil Əmr də daxil olmaqla Misir hökumətinin beş naziri istefa verib.
Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin komandanlığı bazar ertəsi ölkənin siyasi qüvvələrinə xalqın tələblərinin yerinə yetirilməsi üçün 48 saat vaxt verib.
Eyni zamanda, Misirdə islamçılar «qanun tərəfdarları»nı küçə aksiyalarına çağırırlar. Mursi dəftərxanası isə bildirib ki, Misir vətəndaş dövlətidir və hakimiyyət ölkəni keçmişə qaytarmağa imkan verməyəcək.

Şahin Abdullayev bildirib: » Misirdəki vəziyyət və hadisələrin gedişi daim Azərbaycan XİN rəhbərliyinin diqqətindədir və ehtiyac olduğu təqdirdə diplomatik missiyanın üzviləri Qahirədən təxliyə olunacaqlar».
Səfir vurğulayıb ki,»bu günə qədər diplomatlarla, o cümlədən Misirdə yaşayan vətəndaşlarımızla bağlı heç bir hadisə qeydə alınmayıb, vətəndaşlarımıza ehtiyatlı olmaq və kütləvi tədbirlərə baş çəkməmək məsləhət görülüb».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141