Muəllif: Redaksiya
Azərbaycanın Türkiyədə investisiyaları 20 milyard dollara çata bilər
Qarşıdakı 5 ildə Azərbaycanın Türkiyədə investisiyaları ən azı 17 milyard dollara çata bilər. Trend-in məlumatına görə, bu barədə «SOCAR Turkey Enerji»nin rəhbəri Kənan Yavuz İstanbulda azərbaycanlı jurnalistlərə bildirib. Onun sözlərinə görə, söhbət Azərbaycanın 2008-ci ildən indiyə kimi Türkiyədə heç kimin reallaşdırmağa cəhd etmədiyi bir sıra iri mühəndis layihələrinə qoyduğu investisiyalardan gedir: «İstisna edilmir ki, layihələrin reallaşdırılması nəticəsində investisiyalar 20 milyard dollara çata bilər. Azərbaycan energetika və neft-kimya sahəsində bu və ya digər layihələri reallaşdırmaqla Türkiyədə ən iri xarici sərmayəçiyə çevriləcək».
«SOCAR Turkey Enerji» Türkiyədə sənaye istehsalı sahəsində ikinci yeri tutur.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 135