Muəllif:

Azərbaycanı Moskva yarışlarında 15 güləşçi təmsil edəcək

Noyabrın 8-10-da Moskvada güləş üzrə Avropa Kuboku yarışları keçiriləcək. Azərbaycan Güləş Federasiyasından bildirilir ki, reqlamentə əsasən, Avropa çempionatında komanda hesabında ilk altılığa düşən komandalar yarışda iştirak hüququ qazanır. Azərbaycan Avropa Kuboku yarışlarında yunan-Roma və qadın güləşi komandaları ilə təmsil olunacaq.
Qadın güləşçilərimiz yığma komandanın məşqçiləri Mehman Nəcəfov və Arif Fərmanovun başçılığı altında Moskvaya yollanacaqlar. Heyətdə Kəmalə Əliyev (48 kq), Arzu Əliyeva (51 kq), Solmaz Həşimzadə (55 kq), Almaz İsmayılova (59 kq), Alyona Kolesnik (63 kq), Gözəl Zutova (67 kq) və Natalya Palamarçuk (72 kq) yer alıblar.
Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Seyid Rəhmani Fuadın rəhbərlik etdiyi yunan-Roma yığmasının heyətində Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq), Azad Əliyev (66 kq), Rüstəm Əliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev ölkəmizi təmsil edəcək.
Qadın güləşi üzrə yarışlarda Ukrayna, Rusiya, Polşa, Almaniya, Bolqarıstan və Azərbaycan, yunan-Roma güləşi üzrə yarışlarda isə Rusiya, Bolqarıstan, Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan komandaları mübarizə aparacaq.
Proqrama əsasən, noyabrın 8-də qadın güləşi üzrə, noyabrın 9 və 10-da isə sərbəst və yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 171