Muəllif:

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Bakı və Naxçıvanda birgə təlimlər keçirir

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Bakı və Naxçıvanda birgə taktiki təlimləri başlayıb.
Bu gün start götürən təlimlər iyulun 28-dək davam edəcək. Təlimlər Bakı və Naxçıvanda icra olunacaq. «Təlimin məqsədi Türkiyə və Azərbaycan Quru Qoşunları bölmələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübəni paylaşmaqdır», — deyə Baş Qərargahın məlumatında bildirilib.

Təlimin Bakıda icra ediləcək hissəsinə Türkiyədən bir piyada bölüyü, Naxçıvanda keçiriləcək hissəsinə isə bir motoatıcı taqım qatılacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 191