Muəllif:

Azərbaycan və Tatarıstan iqtisadi əməkdaşlıq imkanlarını araşdırır

Bakıda Azərbaycan və Tatarıstan (Rusiya Federasiyası) arasında işgüzar görüş keçirilib. görüşdə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bəyan edib ki, Azərbaycanla Rusiya Federasiyası, o cümlədən onun subyektləri ilə siyasi, iqtisadi və mədəni əlaqələr güclüdür və Rusiya Azərbaycan üçün strateji tərəfdaş hesab olunur (APA-Economics).

Səfərovun sözlərinə görə, Azərbaycan Rusiyanın subyektləri, xüsusən də Tatarıstanla iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıdır və bu baxımdan keçirilən bu görüş böyük əhəmiyyət daşıyır.

Görüşdə çıxış edən Tatarıstanın sənaye və ticarət nazirinin müavini İldar Minqaleyev də tərəflər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və bunun üçün geniş potensialın olduğunu bəyan edib. O cümlədən bildirilib ki, Tatarıstan üçün mühüm əməkdaşlıq sahələri kimi Azərbaycana maşınqayırma sənayesinin məhsulları, o cümlədən avtomobil, neft-kimya və kimya məhsulları, yüngül və yeyinti sənayeləri, həmçinin aqrar məhsulların ixracının genişləndirilməsidir. İ.Minqaleyevin sözlərinə görə, ötən il ərzində Azərbaycanla Tatarıstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 255 mln. ABŞ dollarına bərabər olub.

Görüşdə həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatı ilə bağlı təqdimatla çıxış edib və Tatarıstan iş adamlarını Azərbaycanla əməkdaşlığa dəvət edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145