Muəllif:

Azərbaycan və AB arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb

«Şərq tərəfdaşlığı”nın Vilnüsdə keçirilən III zirvə toplantısı çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb.
Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfdən genişlənmə məsələləri üzrə Avropa komissarı Ştefan Füle, Litva XİN rəhbəri Linas Linkyeviçyus imzalayıblar. Bu barədə məlumat tədbirin saytında yerləşdirilib.
Saziş Azərbaycan və AB vətəndaşları üçün viza verilməsi qaydalarının sadələşdirilməsini və ucuzlaşdırılmasını nəzərdə tutur.
Saziş gələn il Azərbaycanla AB arasında readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186