Muəllif:

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu başa çatıb

Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu başa çatıb. İki ölkə arasında hərbi, hərbi-texniki, kadrların hazırlığı, hərbi sənaye və s. sahələrdə əməkdaşlığa dair müxtəlif məsələlərin müzakirə olunduğu iclasın yekununda protokol imzalanıb.

Türkiyə nümayəndə heyətində Silahlı Qüvvələrin Baş Qərargahının, Milli Müdafiə Nazirliyinin və digər qurumların nümayəndələri təmsil olunub. Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Plan və Prinsiplər qurumunun rəhbəri, general-polkovnik Alparslan Ərdoğan rəhbərlik edib.

İclas çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qruplarının toplantısı olub. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən ildə bir dəfə olmaqla keçirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 102