“Azərbaycan-Qazaxıstan” dostluq cəmiyyətinin 20 yaşı tamam olur
“Azərbaycan-Qazaxıstan” dostluq cəmiyyətinin 20 yaşı tamam olur, deyə respublika cəmiyyətinin prezidenti, professor Eldar Günaydın AYNAya bildirir . “1993-cü ildə, Heydər Əliyevin Bakıya qayıdışından az sonra yaradılan “Azərbaycan-Qazaxıstan” dostluq cəmiyyəti iki qardaş dövlət, onların ən yaxşı oğul və qızları, millətlərimizin taleyinə biganə olmayan vətənsevərlərin arasında birləşdirici körpü oldu. Cəmiyyət bütün bu illər ərzində çox sayda faydalı işlərə imza atmışdır. Fəaliyyətimizlə Türk xalqlarının konsolidasiyası işinə, iqtisadi, ictimai və mədəni əlaqələrin gəlişməsinə öz töhfəmizi veririk. Cəmiyyətimizin üzvləri bütün bu işlərə görə qürur hissi keçirirlər”, deyə professor Eldar Günaydın qeyd edir.
Cəmiyyətin 20 illik yubileyi həm Azərbaycanda, həm də qardaş Qazaxıstanda layiqincə qeyd ediləcəkdir.