Muəllif:

Azərbaycan peykinin orbitə çıxacağı gün bəlli oldu

Fransanın «Arianspace» şirkəti Azərbaycanın ilk milli «Azerspace/Africasat-1» peykinin buraxılacağı tarixi açıqlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, peykin orbitə çıxarılması fevralın 7-nə planlaşdırılıb.
Peyk Güney Amerikanın şimal-şərqində, Fransa Qvianasında yerləşən Kuru kosmodromundan (Qviana kosmik mərkəzi) Ariane 5 ECA raketdaşıyıcısının bazasında orbitə buraxılacaq.
«Arianspace»in məlumatına görə, Ariane 5 ECA «Azerspace»lə yanaşı, İspaniyanın «Amazonas-3» rabitə peykini də orbitə buraxacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154