Muəllif: Redaksiya
Azərbaycan MP-5 tipli tapança-pulemyotlar buraxacaq
Ötən il Azərbaycan Ukraynadan 14 ədəd BTS-5B tipli zirehli evakuasiya maşını satıb. Bu barədə Azərbaycanın hərbi dairələrinə yaxın Azeridefence saytı məlumat verib. Bu maşınlar tank bölmələrinin və zirehli texnikaların texniki təminatı üçün nəzərdə tutulub. Maşınlar T-72 tanklarının şassisi üzərində yaradılıb. Əvvəllər Ukraynadan 4 belə maşın alınmışdı.
Mənbə Azərbaycanın İtaliya istehsalı olan “Spartan” hərbi nəqliyyat və “Master” təlim-döyüş təyyarələrinə maraq göstərdiyini də qeyd edir. Hazırda həmin maşınların alınması üçün danışıqlar aparılır.
Sayt onu da bildirir ki, yaxın zamanlarda Azərbaycanda MP-5 tipli tapança pulemyotların istehsalına başlanılacaq. Atıcı silahların bu növü Türkiyənin lisenziyası ilə buraxılacaq.
Bölüm: Xəbərlər
Oxunma sayı: 207

