Muəllif:

Azərbaycan mətbəxi və musiqisi birinci oldu

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və onun heyəti, eləcədə, tarzən Humay Qədimova, kamança ifaçısı Sevinc Qədimova Fransa səfərindən qalibiyyətlə qayıdıblar. Humay AYNAya bildirib ki, Fransada əksər ölkələrin milli mətbəxinin sərgisi keçirilib. Tədbirə qatılan minlərlə iştirakçı Azərbaycan musiqisinin sədaları altında dünya mətbəxi ilə tanış olublar. Müxtəlif ölkələri tərənnüm edən təmsilçilər arasında birincilik Azərbaycanın payına düşüb. Bir neçə çeşiddə plovumuzu və müxtəlif yeməklərin dadına baxan iştirakçılar həm ağız dadının, həm də musiqi zövqlərinin dəyişdiyini etiraf ediblər.
Qeyd edək ki, tədbir 3 gün davam edib. Humay və Sevinc Qədimovaların ifasında instrumental musiqilər səslənib. Onlar həm muğam parçaları, həm də rəqs havaları təqdim ediblər.
3 günlük tədbir başa çatandan sonra təmsilçilərimiz növbəti səfərin təklifini dəyərləndiriblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 471