Azərbaycan-İspaniya Ticarət Palatası yaradılacaq
Azərbaycanla İspaniya arasında Ticarət Palatası yaradılacaq. Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin 1-ci katibi Cavid Kazımov deyib. O bildirib ki, Ticarət Palatasının yaradılması təşəbbüsü ilə Azərbaycan səfirliyi çıxış edib.
Bunu APA-ya açıqlamasında Kazımov əlavə edib ki, İspaniyanın Azərbaycanda səfirliyi olmasa da, həmin ölkənin şirkətləri Azərbaycana maraq göstərirlər: “2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı çox böyük layihələr həyata keçiriləcək. İspanların bu sahədə təcrübələri var. Ona görə səfirliyimiz bu təşəbbüslə çıxış edib. Hazırda biz təsisçilər və burada iştirak edəcək şirkətlər arasında sorğu keçiririk ki, onların maraq dərəcəsini öyrənək. Ticarət Palata çox güman ki, gələn ilin əvvəlində təsis ediləcək”. Palatanın qərargahı Bakıda olacaq.