Azərbaycan İslam Oyunlarında ikinci qızıl və ikinci gümüş medalını qazandı
Azərbaycan karateçisi Rafael Ağayev İslam Oyunlarının qızıl medalını qazanıb.
75 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz final döyüşündə İran idmançısını 5:2 məğlub edərək pyedestalın ən yüksək zirvəsinə qalxıb. Trend-in məlumatına görə,
finala gedən yolda Rafael Ağayev Liviya, Türkiyə və Misir karateçilərini məğlub etmişdi.
Qeyd edək ki, İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Oyunlarının ilk günündə dünən Azərbaycan karateçiləri Ayxan Mamayev qızıl, digər karateçi Şahin Atamov gümüş olmaqla iki medal qazanmışdılar.
3-cü İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında daha bir idmançımız medal qazandı. Sentyabrın 24-də keçirilən yarışlarda 67 kq çəki dərəcəsində döyüşən Niyazi Əliyev Sudan, Əlcəzair və Mərakeş idmançılarına qalib gələrək finala yüksəldi.
Finalda idmançımız Səudiyyə Ərəbistanından olan Alkahazami Fahad Atiasa 2:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətləndi.
Bununla da Azərbaycan karateçilərinin 3-cü İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 2-si qızıl, 2-si gümüş olmaqla 4-ə çatdı.