Muəllif: Redaksiya
Azərbaycan hökuməti güzəştə getdi: İran Qızıl Ayparası qalır!
Azərbaycan höküməti ciddi güzəştə getdi: çıxıb bizim ölkədən getməsini istədiyimiz İran Qızıl Aypara Cəmiyyəti qalır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu quruma verdiyi lisenziyanın müddətini daha 5 il uzadıb…
Halbuki rəsmi Bakı deyirdi ki, Azərbaycan kifayət qədər imkanlı ölkədir, İran Qızıl Aypara Cəmiyyətinin (şübhəli) yardımlarına ehtiyac duymur. İran tərəfi isə anlaşılmaz bir israrla bizim ölkədə qalmaqda və «fəaliyyətini» sürdürməkdə təkid edirdi. Beləliklə, İran Qızıl Aypara Cəmiyyətinin lisenziya müddətinin uzadılması Tehranın qarşısında ciddi güzəşt sayıla bilər.
Məsələni rəsmiləşdirmək üçün İran Qızıl Aypara Cəmiyyətindən bir heyət bu günlərdə Azərbaycanda səfərdə olub, bir sıra görüşlər keçirmişdi.
Bölüm: Siyasət
Oxunma sayı: 225