Muəllif:

Azərbaycan dilinin qrammatikası yenidən yazılacaq

MEA Dilçilik İnstitutunda yaxın vaxtlarda struktur dəyişikliyinə başlanır. İnstitutun direktor əvəzi Fəxrəddin Veysəlli bildirib ki, bu struktur dəyişikliyinin müəyyən modeli hazırlanıb. Rəyasət Heyəti bu modeli qəbul etdikdən sonra onun icrasına başlanacaq. Bu struktur dəyişikliyi «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nda da öz əksini tapıb.
Veysəlli bildirir ki, dövlət proqramına əsasən, dövlət dilindən istifadəyə nəzarət mexanizmi yaradılmalıdır. «Ola bilsin ki, bunun üçün institutun nəzdində ayrıca qurum yaradılsın. Eyni zamanda, «qaynar xətt»in yaradılması təklifi də var. Hansısa vətəndaş hər hansı dil pozuntusu halları ilə rastlaşdıqda «qaynar xətt»ə müraciət edə bilər. RH bunlardan hansını qəbul etsə, o da icra ediləcək».
Veysəlli deyib ki, mayın ikinci yarısından dövlət dilinin işlənməsinə nəzarət məqsədilə monitorinqlər başlayıb. Monitorinqin aparılması üçün bir sıra avadanlıqlar — diktofonlar, kameralar alınıb. Monitorinqin nəticələri tövsiyə xarakterli olacaq. Monitorinq nəticəsində dil qaydalarını pozmayan işçilərə sertifikatlar veriləcək.
Onu da qeyd edək ki, Dilçilik İnstitutu ən nüfuzlu dilçi alimlərin iştirakı ilə Azərbaycan dilinin qrammatikasını yenidən yazacaq. Alimləri cəlb etməklə vahid normaya uyğun müasir Azərbaycan dilinin fundamental, funksional qrammatikasının yazılması planlaşdırılıb. Fəxrəddin Veysəlli «Trend»ə bildirib ki, artıq bu məqsədlə müəllif kollektivi yaradılıb və geniş iş planı hazırlanıb. Yeni yazılacaq «Azərbaycan dilinin qrammatikası»nda Azərbaycan dilinin bütün aspektləri, o cümlədən fonotaktika, intonasiya, vurğu, mətn dilçiliyi və s. yeni aspektdə — təsvirçilik baxımından deyil, sırf nəzəri planda yazılacaq. Nəticədə yeni, funksional aspektdə yazılmış, son illərin nəzəri dilçiliyində olan bütün məsələri özündə əks etdirən qrammatika hazırlanacaq. Azərbaycan dilinin hazırkı qrammatikası isə təsviri qrammatikadır:
«Məsələn, Azərbaycan dilində ismin filan qədər halı var, filan halın şəkilcisi filandir. Bu mərhələ artıq keçib. Bu, mərhələ ötən əsrin 60-cı illərindən başlayıb və 90-cı illərə qədər davam edib. İndi vəziyyət bir qədər dəyişib, çünki dilin leksik fonduna yanaşma tərzi də dəyişib. İndi sözun dil sistemində yerini müəyyənləşdirmək lazımdır. Yəni, söz səviyyəsində sistemliliyi sübut etmək lazımdır».
Müəlliflərə tövsiyə edilib ki, yeni qrammatika köhnə qrammatikanın təsiri altında yazılmasın:

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 474