Muəllif:

Azərbaycan dilinə uyğun klaviatura yaradılıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan dilində klaviaturanın yeni düzülüşünü patentləşdirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AMEA-dan məlumat verilib.

Məlumatda deyilir ki, yeni klaviaturada hərflər əlifba sırası ilə düzüləcək. Tarixdə yaradılan ilk klaviatura ingilis dilinə uyğunlaşdırılıb və mexaniki çap maşınlarının əsasında yaradılıb.

Çap maşınlarında isə tez-tez rast gəlinən hərflər arasında məsafə qoyulub ki, çap maşınlarında problem yaşanmasın. Amma bunu kompüter klaviaturalarına tətbiq etmək düzgün deyil, çünki yazının sürətinin artması və əlin yorulmaması üçün tez-tez rast gəlinən hərflər yanaşı yerləşməlidir. Az enerji itirməklə maksimum sürət əldə etmək yeni klaviaturanın başlıca prinsiplərindən biridir.

Yeni klaviatura vizual görünüşcə hazırda istifadə etdiyimiz klaviaturalardan fərqlənməyəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 202