Muəllif:

«Azər-Ross» məhkəməsi: zorlama, dələduzluq, qətl

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə davam edir. Ötən il iyulun 11-də paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə öldürülüb, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmalarında dələduzluq ittihamı da meydana çıxıb.
Belə ki, “Azər-Ross”un inşa etdiyi bınalarda vətəndaşlara ev satılsa da, onlara mənzil verilməyib. Məlum olub ki, şirkətin rəhbər şəxsləri Hümbət Məmmədov və Fərman Hacıyev vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşən 26 vətəndaş zərərçəkən qismində tanınıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesin əvvəlində mərhum Əflatun Piriyevin ailəsinin vəkili Aslan İsmayılovun vəsasəti müzakirəyə çıxarıldı. Hakim bildirdi ki, bundan əvvəlki prosesdə Aslan İsmayılov cinayət işinin materiallarında Hümbət Məmmədov tərəfindən zorlandığı iddia olunan qızın cinayət işi üzrə verdiyi ifadəsi elan edilsin.
Iş üzrə çıxış edən prokuror vəsatətin məhkəmənin səlahiyyətinə aid olduğunu bildirdi. Bundan sonra yerində müşavirə keçirən hakimlər qərar elan etdilər. Bildirdi ki, həmin iş üzrə cinayət işinin başlanmasına xitam verilib. Bu səbəbdən də hazırkı cinayət işi üzrə aparılan məhkəməyə həmin ifadənin adiyyəti olmadığı üçün vəsatət təmin edilmədi.
Daha sonra prosesdə Hümbət Məmmədov üç hissədən ibarət vəsatətlə çıxış etdi. İlk vəsatətində dövlət tərəfindən təyin edilmiş vəkilin hüquqi müdafiəsindən imtina etdiyini bildirdi. Bunun maliyyə vəziyyəti ilə bağlı olmadığını deyən Hümbət Məmmədov bildirdi ki, vəkilin proseslərə vaxtı-vaxtında gəlməməsi aradakı müqavilənin pozulması ilə nəticələnib. Təqsirləndirilən şəxs hazırda məhkəmədə vəkil Ramiz Zeynalovun hüquqi yardımdan istifadə edəcəyini bildirib.
Təqsirləndirilən şəxsin digər vəsatəti cinayət işində olan zərərçəkmişlərin şirkətlə ev alqı-satqısı zamanı bağladıqları müqavilələrə baxış ilə bağlı oldu. Hümbət Məmmədov dedi ki, bundan əvvəldə “Azər-Ross” tərəfindən inşa olunan evlərdə həmin möhürlərin olması ilə bağlıdır. O, bildirdi ki, həmin sənədlərə baxış keçirəndən sonra onun çoxsaylı vəsatətləri olacaq.
Hümbət Məmmədovun sonuncu vəsatəti cinayət işinin materiallarında adı zorlama cinayətində hallanan qızın mətbuatda yayılan ifadələri ilə bağlı oldu. O, iddia etdi ki, həmin ifadə mətbuatda Aslan İsmayılov tərəfindən yayılıb. Onun sözlərinə görə, həmin ifadə yayılmaqla şərəf və ləyaqəti alçaldılıb. O, vəkilin barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi.

Vəkil Ramiz Zeynalov dedi ki, mətbuatda həmin ifadə yayılandan sonra Hümbət Məmmədovun ailəsində səs-küyə səbəb olub. Vəkilin sözlərinə görə, həmin ifadə Hümbət Məmmədovun ailəsinin dağılmasına səbəb olacaqdı. Vəkil həmin ifadənin yayılması ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmasının vacib olduğunu bildirdi.

Yerində məşvərət edən hakimlər daha sonra hər üç vəsatət üzrə qərar elan etdilər. Prosesə sədrlik edən hakim bildirdi ki, təqsirləndirilən şəxsin vəkildən imtina etməsi öz hüququdur. Digər tərəfdən təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan sənədlərlə tanış olmaq, onlara baxış keçirmək hüququ var. Hakimin sözlərinə görə, təqsirləndirilən şəxsə qeyd olunan sənədlərə baxış keçirilməsinmə qanunla nəzərdə tutulmuş qaydada şərait yaradılacaq.

Lakin hakimlər təqsirləndirilən şəxsin vəkil tərəfindən şərəf və ləyaqətinin alçaldılması ilə bağlı qaldırdığı vəsatət təmin edilmədi. Hakim belə hesab etdi ki, həmin epizod üzrə məhkəmə istintaqı araşdırma aparmır və buna görə də təmin edilmir. Hakim təqsirləndirilən şəxsin diqqətinə çatdırdı ki, şərəf və ləyaqətin alçaldılması ilə bağlı özü də müvafiq qurumlara müraciət edə bilər: “Müvafiq qaydada məhkəməyə də, Vəkillər Kollegiyasına da müraciət edə bilərsiz. Hazırkı mərhələdə bizim işə aidiyyəti yoxdur”.

Vəkil Ramiz Zeynalov bildirdi ki, Hümbət Məmmədovun barəsində belə ifadələr mətbuatda yayılmaqla şərəf və ləyaqətin alçaldılması ilə nəticələnir və məhkəmənin bu məsələyə münasibət bildirməsi vacibdir. Bu zaman mərhum Əflatun Piriyevin qardaşı Ərəstun Piriyev bildirdi ki, mətbuatda heç kimin şərəf və ləyaqəti alçaldılmayıb, Hümbət Məmmədovun şərəf və ləyaqəti yoxdur. Zərərçəkmiş tərəfin səsləndirdiyi ittihamlara Hümbət Məmmədov da cavab verdi. Bu zaman təqsirləndirilən şəxsin vəkili də mübahisəyə qarışdı.
Prosesə sədrlik edən hakim tərəfləri sakitləşdirəndən sonra cinayət işinin materialları arasında olan sənədlərin araşdırılma mərhələsi başlandı. Ilk olaraq Hümbət Məmmədovun Nərimanov rayon Polis İdarəsinə gedərək, könüllü təslim olması haqqında ərizəsi açıqlandı. Hakimin elan etdiyi sənədə qeyd edilib ki, Hümbət Məmmədov könüllü olaraq cinayəti etiraf edib və təhlükəsizliyinin təmin edilməsini Nərimanov rayon Polis İdarəsindən xahiş edib.
Daha sonra Hümbət Məmmədovun cinayəti necə sifariş etməsi ilə bağlı ifadəsi açıqlandı. Cinayət işini törədən şəxslərin daha sonra qaçması, Təhülkəsiz şəhər kamerasına düşmələri ilə bağlı video görüntülər nümayiş etdirildi. Bundan sonra Vüsal Qurbanov bildirdi ki, növbəti məhkəmə iclasında ifadə verəcək. Məhkəmə iclası martın 14-də davam etdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 998