AZAL, «Neftçi» və «Bakı» cəzalandı
AFFA İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş oyunlarda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib. AZAL — «Qarabağ» matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
«Neftçi» — «Bakı» matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub, oyununun 27-ci dəqiqəsində «Neftçi» klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Görüşün 1-ci və 31-ci dəqiqələrində «Neftçi» klubunun azarkeşləri, 16-cı və 59-cu dəqiqələrdə isə «Bakı» klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.