Muəllif:

AZAL-ın ziyanı 500 mln manata çatıb?

Hava nəqliyyatında sərnişin daşımaları artsa da, aviaşirkətlərin ziyanı 1999-cu ildən 500 mln. manata çatıb. Amma rəsmi məlumata görə, 1996-1998-ci illərdə aviaşirkətlər çox mənfəətlə işləyib, deyə Turan-ın iqtisadi icmalında bildirilir. Bu ilin I yarısında sərnişin daşımaları üzrə ziyan 16 mln. manata çatıb. Azərbaycanda 3 şirkət sərnişin daşımaları ilə məşğul olur. “Azerbaijan Airlines” daşımalarda 99% paya malikdir. Müvafiq olaraq ziyan da bu aviaşirkətindir. AZAL-ın rəhbəri 1996-cı ildən Cahangir Əsgərovdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli aviaşirkətlərdən (AZAL, “Turan Air” və “Silk Way Business Aviation”) istifadə edən sərnişin sayı 2009-cu ildən artmağa başlayıb. 2012-ci ilin yekunu üçün sərnişin daşımalarının həcmi 1,6 mln. nəfərə (2009-cu ildəkindən 560 min nəfər çox) çatıb. Amma aviaşirkətlər ziyana düşüb: əgər 2009-cu ildə aviaşirkətlərin itkisi 98,8 mln manat idisə, 2012-ci ildə 33,2 mln. manat olub. Bilet satışından gəlirlər az olmayıb: beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 manat, yerli daşımalar üzrə 49 manat əldə edilib. Sərnişinlərin çoxu beynəlxalq xətlərlə uçur. Məsələn, bu ilin I yarısında, DSK-ya görə, 744,6 min sərnişin beynəlxalq xətlərlə uçub. Bu, ötən ilin eyni dövründəkindən 10,5% çoxdur. MDB şəhərlərinə I yarımildə 3,1 min sərnişin uçması barədə informasiya şübhə doğurur. AZAL təkcə Moskvaya hər gün uçuş həyata keçirir.
Statistik məlumata görə, bu ilin 9 ayında hava gəmiləri ilə 1 280,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövründəkindən 4,3% çoxdur.
Azərbaycan aviaşirkətləri maliyyə hesabatlarını açıqlamır. “Azerbaijan Airlines” QSC qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatını auditlə birgə açıqlamalıdır. Bəlkə, bu sənəd məsələyə aydınlıq gətirərdi.
Müqayisə üçün deyək ki, 1998-ci ildə 833 min sərnişin daşınıb, aviaşirkətlərimiz 40,3 mln manat gəlir əldə edib. Onların balans mənfəəti 26,7 mln manata çatıb.
Azərbaycanın hava limanlarında aviasiyaya yerüstü xidməti “Silk Way Holding” aviaşirkəti həyata keçirir. Ekspertlər hesab edir ki, daşımalar üzrə real mənfəət mülkiyyətçilərinin strukturu qaranlıq olan bu holdinqə axır. Holdinqə 23 şirkət daxildir. Onların yarıdan çoxu mülki aviasiyada çalışır. Yerli KİV yazır ki, bu holdinq prezident İ.Əliyevin ailəsinə məxsusdur. Amma formal olaraq onu “Azerbaijan Airlines” QSC rəhbəri Cahangir Əsgərov idarə edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 173