Muəllif:

AZAL ilk Embraer təyyarəsi alıb

«Azərbaycan Hava Yolları» QSC (AZAL) aviaparkının genişləndirilməsini davam etdirir.
AZAL xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, artıq AZAL Braziliya istehsalı olan «Embraer» təyyarəsinin alınmasına start verib: «Biz ötən gün Embraer-190 tipli ilk təyyarəmizi Azərbaycana gətirmişik. 106 nəfərlik bu təyyarə ilə hazırda sınaq uçuşları yerinə yetirilir, layner texniki baxışdan keçirilir. Sözügedən təyyarə ilə Tehran, Tbilisi, Volqoqrad kimi şəhərlərə uçuşlar yerinə yetiriləcək. Lakin bu laynerlə Avropa ölkələrinə də uçuşların həyata keçirilməsi də istisna deyil» (APA-Economics).

Səfərli həmçinin bildirib ki, ümumiyyətlə, «Embraer» tipli 6 avialayner alınacaq – bunlardan ikisi «Embraer-170», 4-ü isə Embraer-190 olacaq: «Təyyarələrdən biri artıq alınıb, ikincisi iyulun sonu-avqustun əvvəli, digərləri isə 2013-cü ilin sonunadək və 2014-cü ilin əvvəlində Azərbaycana gətiriləcək».

AZAL rəsmisi onu da bildirib ki, bu il aviaşirkətin parkına həmçinin iki yeni «Airbus A-340» təyyarəsi də əlavə olunub, 2014-cü ildə isə AZAL «Boeing-787 Dreamliner» təyyarəsini alacaq.

Xatırladaq ki, hazırda AZAL-ın təyyarə parkında 7 «Airbus A-320», 4 «Boeing-757-200», 3 «Airbus A-319», 2 «Airbus A-340», 2 «Boeing-767-300ER» və 1 «Embraer-190» avialaynerləri mövcuddur

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 564