“Azadlıq” radiosu Əli Əhmədova cavab verdi
“Azadlıq” radiosu hakim Yeni Azərbaycan Partiyasının və Azərbaycan MSK-nın guya radionun Azərbaycan xidmətinin seçkiöncəsi təşviqat qaydalarını pozması haqda bəyanatı ilə bağlı şərhlə çıxış edib.
Radiostansiyanın şərhində deyilir ki, Azərbaycanda hakim partiya müstəqil medianı qorxutmaq və seçkilərin işıqlandırılmasını nəzarətdə saxlamaq üçün klassik hədə-qorxu taktikasından istifadə edir. Şərhdə bildirilir: “Biz seçkini işıqlandırmaq yönündə fəaliyyətimizi tam müdafiə edirik. Bu iş balanslı, ədalətli və peşəkarcasına həyata keçirilir. Bütün bunlar heç bir əsası olmayan, heç bir beynəlxalq konvensiyaya uyğun gəlməyən absurd ittihamlardır”. Azadlıq Radiosu bu hücumlar barədə, seçkilərə yekun qiymət verən ATƏT Müşahidə Missiyasına məlumat verəcək.
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədov “Azadlıq” radiosunun qanuna zidd olaraq Azərbaycanda seçkiqabağı təşviqat aparması ilə bağlı Mərkəzi Seçki Komissiyasına məktub ünvanlayıb.