Muəllif:

“Azadlıq” qəzetinin vəziyyəti kritikdir

“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə borcunu ödəmək üçün 3 gün müddət verib. Əks halda qəzetin nəşrinə son qoyulacaq, bu barədə Turan-a qəzetin redaktor müavini Rəhim Hacıyev bildirib.
“Biz çıxılmaz vəziyyətə düşmüşük. Bir tərəfdən “Qasid” mətbuat yayımı firması qəzet satışına görə bizə ödəniş etmir, digər tərəfdən nəşriyyat xidmətlərinin ödənişini tələb edir. Üstəgəl, məhkəmə bank hesabımıza həbs qoyub. “Qasid”in bizə 40 min manat borcu var, bizim nəşriyyata borcumuz 20 min manatdır. Üç gündə bu borcun böyük hissəsi ödənilməzsə, qəzetin nəşrinə son qoyulacaq”, deyə Hacıyev bildirib. Xatırladaq ki, Azərbaycanın bu aparıcı müxalifət qəzetinin hesabına Bakı metropoliteninin direktoru Tağı Əhmədovun iddiası əsasında həbs qoyulub. Məhkəmə qəzetə diffamasiya haqqında iddia üzrə 100 min manat cərimə kəsib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 140