Muəllif:

“Azadlıq”qəzetinin bank hesabına qoyulan həbs götürülüb

Oktyabr ayından “Azadlıq”qəzetinin bank hesabına qoyulan həbs götürülüb. Bu barədə Turan-a qəzetin baş redaktorunun  birinci müavini Rahim Hacıyev bildirib. Onun sözlərinə görə,  qəzetin üstündəki 65 min manat məhkəmə cəriməsi tam ödənib.

“Gələn həftənin əvvəlində bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik”,- o bildirib. Hacıyev  borcun nəyin hesabına ödənilməsi ilə bağlı açıqlama verməyib. O əlavə edib ki, redaksiya KİV-in  İnkişafına Dövlət Dəstəyi Fondunun yardımını almaq üçün quruma müraciət edib.

“Azadlıq” qəzeti  Bakı metropoliteninin rəisi Tağı Əhmədovun və iş adamı Kəbirə Məmmədovanın məhkəmə iddiaları üzrə 65 min manat cərimə  olunub. Oktyabr ayında qəzetin bank hesabları bağlanıb, satış nöqtələrindən gələn vəsait bütünlüklə cərimələrin ödənməsinə yönəldilib.

Lakin sonradan qəzetin vəziyyəti daha da ağırlaşaraq  fəaliyyəti dayandırılı.Sonradan qəzet üçün yığılan  ianə marafonu  nəticəsində satışı  bərpa olunub .

Azadlıq» qəzeti 1989-cu ildə təsis olunub. İlk nömrəsi 1989-cu il, dekabrın 24-də çıxıb.
İlk baş redaktoru Nəcəf Nəcəfovdur.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129