Muəllif:

Aysel Teymurzadə və Araş 3-cü yerdədir

Eurovision 2009 mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Aysel və Araş duetinin Always klipi Eurovision tarixinin rekordçuları arasındadır.
Rusiya mətbuatının yazdığına görə, Aysel və Araşın mahnısına çəkilmiş klip Eurovision-un rəsmi Youtube kanalında ən çox baxılan videolar arasında üçüncü yerdədir. Always mahnısının klipinə 17 milyon 854 min 351 nəfər baxıb.

Siyahıda birinci yeri Almaniyanı 2010-cu ildə təmsil etmiş Lenanın Satellite mahnısı tutur. Bu mahnının klipinə Eurovision mahnı müsabiqəsinin rəsmi Youtube kanalında 39 milyon 408 min 553 nəfər baxıb. İkinci yerdə isə Fransanı 2010-cu ildə təmsil etmiş Jessy Matadorun Alllez Olla klipi dayanır. Bu mahnının klipinə indiyə qədər 32 milyon 669 min 288 nəfər baxıb.

Siyahıda Aysel və Araş duetinin Always mahnısından sonra isə ən çox baxılan klip ötən il Bakı Eurovision 2012 mahnı müsabiqəsinin qabil olmuş İsveç təmsilçisi Loreenin Euphoria mahnısına məxsusdur. Bu klipə 15 milyon 724 min 451 nəfər baxıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 281