Ayran — ingiliscə «mən qaçıram»dır
Ukraynada yaşayan azərbaycanlı gənclərdən ibarət «İ Run project» pop qrupu beynəlxalq musiqi arenasına layihələr hazırlayır. Belə ki bu günlərdə Dima Bilan, Vera Brejneva, Dan Balan kimi məşhurların çalışdığı Wave production studiyasında «Tonight» mahnısını yazdıran qrup «Worldstar»müsabiqəsində Ukrainanı təmsil edəcək. Mahnının hazırlanmasında qrup üzvləri Ömər Əbdülkərimov, Elvar Qasımov, Rüfət Xanməmmədli iştirak edib. Qrup üzvləri «İ-Run Procet» adına isə belə bir açıqlama ilə çıxış edib:
«Ayran bizim milli mətbəxin ən dadlı nemətlərindəndir, ingilis dilində «İ run»- mən qaçıram deyə tərcümə olurnur. Bizdə musiqi ilə irəlidə olmağı düşünürük. İnaniriq ki, Azərbaycanlı musiqiçilər kimi dünyaya musiqimizlə bağlı bir çox fikirlərimizi çatdiracagıq».