Muəllif:

AYİB Azərbaycanın bank sektoru ilə əməkdaşlıqdan məmnundur

Mərkəzi Bank (MB) İdarə heyətinin sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvlərini qəbul edib. Görüşdə Azərbaycanın iqtisadi inkişafı, növbəti illərdə ölkə iqtisadiyyatının qarşısında duran çağırışlar, bank sektorundakı islahatlar, həmçinin AYİB-in Azərbaycanda hazırkı fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib (Trend).
Direktorlar Şurasında Böyük Britaniya Birləşmiş Krallığından direktor Conatan Okenden AYİB-in Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlığından məmnun olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Öz növbəsində, Elman Rüstəmov ölkəmizin AYİB ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək bu beynəlxalq maliyyə institutunun Azərbaycanın bank sistemində iştirakının təqdirəlayiq olduğunu qeyd edib.
Həmçinin, görüş zamanı Mərkəzi Bankın rəhbəri Direktorlar Şurasının üzvlərinin Azərbaycan iqtisadiyyatına, eləcə də bankla əməkdaşlıq məsələlərinə dair suallarını cavablandırıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168