Axşamdan bəri Misirdə hərbi çevriliş əlamətləri güclənməkdədir
Axşamdan bəri Misirdə hərbi çevriliş əlamətləri güclənməkdədir. Prezidenti Məhəmməd Mursi ev dustağı edildiyi xəbəri yayılıb. Müxalifətin tərəfinə keçən güc strukturlarına xalqın və etirazçıların mühafizəsizini təmin etmək üçün silahdan istifadəyə əmr verilib. Belə bir göstərişi daxili işlər naziri Məhəmməd İbrahim imzalayıb.Türk telekanallarının birbaşa reportajlarına istinadən, əsgərlər prezident sarayının ətrafında barrikadalar qurublar. Təhrir meydanı üzərində təyyarələr və helikopterlər uçur.
Berilən əmr terror aktlarının qarşısını almaq məqsədi ilə silahın istiifadə edilməsini nəzərdə tutur. Terror aktlarının müdafiə naziri Əbdül Fəttah əs-Cirinin gözlənilən bəyanatından sonra törədiləcəyi gözlənilir.
Artıq qan axıdılıb — ötən gün Mursinin çıxışından sonra Qahirə Universiteti qarşısında islamçılarla yerli sakinlər arasında toqquşma baş verib. “Müsəlman qardaşlar”ın tərəfdarları odlu silahlardan insanlara açdığı atəş nəticəsində 17 vətəndaş həlak olub, 600-dək insan yaralanıb. Xatırladaq ki, bu təşkilatın terror ənənsi var. Müxalifətçilər «Müsəlman qardaşlar» radikal dini-siyası təşkilatın
ofislərin dağıtmış və yandırmışlar.
Axşama yaxın ordu bölmələri Qahirənin mərkəzindəki Dövlət Teleradio Şirkətinin binasını nəzarətə götürüb.
Hərbçilər televiziyada minimum zəruri sayda işçi saxlamaqla jurnalistlərə evlərinə getmək barədə göstəriş veriblər. Televiziya üzərində nəzarət hərbçilərin Misir prezidenti Məhəmməd Mursiyə verdiyi ultimatumun vaxtının başa çatmasına bir saat qalmış həyata keçirilib. Əgər ölkədəki böhranın həlli üçün kompromis tapılmasa, Misir ordusu vəziyyətə nəzarəti öz əlinə alacağını bəyan edib.
Son məlumata görə, prezident Mursinin “Müsəlman qardaşları” hərəkatı ultimatumun başa çatmasına bir saat qalmış hərbçilərin böhranla bağlı müzakirələr aparmaq təklifini rədd edib. Prezident gələcək nəsillər üçün gülüş hədəfi olmaqdansa, Konstitusiyanı və öz legitimliyini qoruyaraq ölməyə hazır olduğunu bildirib.