Muəllif: Redaksiya
Çayxanaya kilid vurulub: bura yığışmayın
Bu gün polis əməkdaşları Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimi metronun Nərimanov stansiyası yaxınlığında saxlayıblar. Bu xəbər Turan-a AXCP-dən verilib. O 40 saylı polis bölməsinə aparılıb. AXCP də saxlanmanın dəqiq səbəbini bilməsələr də bunun Milli Şuranın avqustun 18-ə təyin etdiyi mitinqlə bağlı olmasını istisna etmirlər. Belə ki, hakimiyyət vətəndaşları qorxutmağa və mitinqin kütləviliyinin qarşısını almağa çalışır.
AXCP-nin bəyanatında qeyd edilir ki, Sumqayıtda Nərimanov adına Mədəniyyət Evinin yanında yerləşən və müxalifətçilərin toplaşdığı çayxana bağlanıb. Müxalifət partiyalarının Sumqayıt təşkilatlarının ofisləri olmadığı üçün bu çayxanaya yığışırlar.
Bölüm: Xəbərlər
Oxunma sayı: 139

