Muəllif:

Avtoxuliqanlara cəzalar daha da sərtləşəcək

Sağlamlığa ağır xəsarət yetirən və ölümə səbəb olan avtoxuliqanların cinayətə cəlb olunması ilə bağlı CM-yə ayrıca maddə gəlir. MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, layihənin müəllifi Rafael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, avtomobillərin idarə olunması zamanı şəxsin sağlamlığına ağır zərbə vurularsa və ya ölümü ilə nəticələnərsə, avtomobili idarə edən şəxs ağır cinayət məsuliyyətinə cəlb olunacaq.

Layihəyə əsasən, avtomobili idarə edən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulduqda onu 3 ildən 5 ilədək həbs, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 5 ildən 10 ilədək, eyni əməllər iki və daha artıq zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə 7 ildən 12 ilədək həbs gözləyəcək.

Eyni zamanda cinayət törətmiş şəxs cinayətin motivindən asılı olaraq bütün hallarda uzun müddətə avtomobili idarəetmə hüququndan da məhrum ediləcək.

Layihənin komitənin növbəti iclasında müzakirəyə çıxarılması və bu sessiyada Mili Məclisin plenar iclasında qəbul olunması gözlənilir.

Qüvvədə olan qanunvericiliyə — CM 263-cü maddəsinə əsasən, avtomobilin idarə olunması zamanı zərərçəkmiş şəxsin xəsarət alması və ya ölümü ilə nəticələnən hadisələr “ehtiyatsızlıq” kimi qiymətləndirilir ki, bu hal zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 6 ilədək həbs nəzərdə tutulur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128