Muəllif:

Avtovağzal və Memar Əcəmi-2 m.st-ları gələn ilə qaldı

Metronun Avtovağzal və Memar Əcəmi-2 stansiyalarının təhvili gələn ilə qaldı. Sərnişindaşımada çox önəmli olan bu iki mühüm stansiyanın bu il təhvil verilməsi nəzərdə tutulsa da, mümkün olmayıb. «Kommunikasiya problemləri və gecikmələrlə əlaqədar bu, mümkün olmadı. Həmin stansiyaların gələn il istifadəyə verilməsi nəzərdə tutulur” — deyə Metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə açıqlamışdır.

Əhmədov etiraf edir ki, yeni stansiyaların inşaat işlərinin gedişində xətt boyu obyektlərin köçürülməsi gərək olur və bu iş çətinliklərlə müşayiət olunur. Rəisin sözlərinə görə, yeni stansiyalarının tikintisi ilə bağlı köçürmələr həddən artıq çoxdur:

“Boş yerlər yoxdur. Ona görə də istər-istəməz köçürmələr olmalıdır. Bununla əlaqədar insanlarla uzun müddət danışıqlar aparılır, işlər hətta məhkəmələrə düşür. İnsanlar anlamalıdır ki, metro cəmiyyətin və şəhərin gələcəyi üçündür”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 296