Avtomobildən 26000 manat pul oğurladılar
Ağcabədinin Hindarx qəsəbə sakini Sabir Heydərovun «Niva»sından 26 000 manat pul oğurlanıb. Yerli polisin əməliyyat-axtarış tədbirləri nəticəsində bu oğurluq əməlini törədənlər saxlanılıb. Məlum olub ki, şikayətçinin maşınında icazəsiz pul götürən şəxslər — Ramin Səbbaqi (1985), Zamiq Quliyev (1987) və Yusif Cəfərov (1986) imişlər. A Dəstə üzvləri saxlandıqdan sonra törətdikləri əməli etiraf edərək götürdükləri 26 min manatın 14000 manatını istintaqa təhvil veriblər.
O da məlum olub ki, Səbbadi Ramin Ramazan oğlu əldə etdiyi puldan 800 manat verərək istintaqa məlum olmayan şəxsdən 150 qram qurudulmuş marixuana alıb. Həmin narkotik maddə maddi sübut kimi polis tərəfindən götürülüb. Pulun qalanı barədə bir söz deyilmir. Faktla bağlı Ağcabədi Rayon polis Şöbəsində cinayət işi başlanıb.