Avtomobil sənayesi peşəkarları Equip’auto sərgisində görüşürlər
Hutchinson, Accor Sürtkü yağları, Chimirec və yaxud Vernet kimi adlar bəlkə də sizə heç bir şey demir. Lakin, sizin avtomobillərinizin böyük bir hissəsinin hazırlanmasında bu sənayeçilər yaxından iştirak edir. Fransız avtomobil avadanlıqları konstruktorları üzərində «Fransa
istehsalı» yazılmış məhsulların etibarlı təminatçılarıdır.
Oktyabrın 16-dan 20-dək Paris yaxınlığında yerləşən Vilpənt sərgi salonunda dünyanın avtomobil istehsalçıları bir yerə toplaşacaqlar. Avtomobil avadanlıqları sektoru avtomobil sənayesində çox mühüm yer tutur, bütövlükdə dövriyyəsi 44 milyard avro təşkil edən bu sahənin 16,15 milyardı onun payına düşür.
Equip’auto sərgi salonunda bu il 1.800 müəssisə öz yeniliklərini təqdim edəcək. Alışqanlar, işıq sistemləri, təlükəsizlik avadanlığından avtomobilin salonunun rahatlığını təmin edən vasitələrədək sektorun bütün sahələri burada iştirak edəcək. Sərgi iştirakçılarının sərəncamına 120 min kvadrat metr sahə verilib. Müsafir sayı təxminən 125 min nəfər ehtimal olunur, onların 35 faizi xaricdən gələcək. Yeni texnologiyaları stimullaşdırmaq məqsədi ilə innovasiyalar salonuna üstünlük verilib. Avtomobil sənayesində Beynəlxalq İnnovasiyalar üzrə Qran Pri mükafatı təsis edilib. AVTOMOBIL AVADANLIQLARI SƏNAYESI FEDERASIYASININ (FİEV) prezidenti Klod Şam deyir «İqtisadi qeyri-müəyyənlik və avtomobil avadanlıqlarına münasibətin dəyişməsi kontekstində bizim müəssisələr get-gedə daha çox və yorulmadan çalışmalıdırlar ki, müxtəlif müştərilərimizin maddi imkanlarına uyğunlaşdırılmış yeni texnologiyalar təklif edə bilsin».
Vilpənt sərgi salonunun dörd zalının ¾-ü xarici ölkələrdən gələn məhsullara ayrılıb (İtaliya, Çin, Almaniya, Güney Koreya, Hindistan). Bu heç də təsadüfi deyil, məşhur xarici firmaların filiallarının əksəriyyəti Fransada yerləşib, bu isə sektorun 58 faizini təşkil edir. Şübhəsiz, əcnəbilərlə yanaşı fransız firmaları da sərgidə fəal iştirak edirlər. Məsələn, kauçukun emalı üzrə bütün dünyada məşhur olan Hutchinson firması diqqəti daha çox cəlb edir və onun iştirakı xüsusi rəmzi xarakter daşıyır. XIX əsrdə Fransaya köçüb gəlmiş amerikalı tərəfindən təsis olunan firma yüksək texnoloji nailiyyətlərə nail olmaq üçün tədqiqat işlərinə ildə 162 milyon avro xərcləyir. Filtr sahəsində ixtisaslaşmış Solaufil firmasının nəzərincə «bu sərgi fransız və beynəlxalq müştərilərlə çoxsaylı mübadilə aparmaq üçün əvəzolumaz bir tədbirdir».
Avtomobil avadanlıqları istehsalçıları ilə yanaşı sərgidə avtomobillərə texniki xidmət göstərən firmalar, məsələn Midas, Speedy və Norauto yaxından iştirak edir. Texniki xidmət sahəsində beynəlxalq aləmdə lider olan Actia Muller builki sərgidə avtomobillərə bu növ xidmət göstərilməsində mühüm nailiyyətlərə səbəb olmuş Actia Vision sistemini nümayiş etdirəcək. Firmanın baş direktoru David Veysiye deyir: «Equip’auto bizim şirkətlər qrupu üçün əsil sınaq meydançasıdır, başqa cür desək, il ərzindəki nailliyyətlərimizi sanki 13-cü ayda nümayiş etdiririk. Sərgi həmçinin bizim beynəlxalq aləmdə fəaliyyət göstərən distribüterlərimizi firmaya dəvət etmək və yeni məhsullarımızı daha yaxşı təşviq etmək üçün gözəl fürsətdir».
Sektorun dinamizmini təmin etmək üçün FİEV bütün gücünü həm də beynəlxalq fəaliyyətini genişləndirməyə yonəldir. 2012-ci ildə avtomobil istehsalı indiyədək görünməmiş bir səviyyəyə çatıb və sənayenin avtomobil avadanlıqları bölməsi yaranmış bu fürsətdən istifadə edir. Bunun nəticəsində ixracat Braziliyaya 9, Çinə isə 4 faiz artıb.
Bazarda ən geniş fəaliyyət göstərən böyük şirkətlər xarici ölkələrdə filiallarını açmaq siyasətini də davam etdirirlər. FİEV bununla kifayətlənməyərək özü 2006-cı ildə Əlcəzairdə avtomobil avadanlıqları sərgisi təşkil edib. 250 müəssisənin iştirak edəcəyi növbəti sərgi 2014-cü ilin martında olacaq, buraya təxminən səkkiz min tamaşaçının gələcəyi gözlənilir.
Firmalar öz büdcələrinin 5-6 faizini elmi-tədqiqat işlərinə sərf edirlər. Təkcə 2012-ci ildə sektorun aparıcı şirkətləri olan Valeo, Faurecia və Plastik Omnium 1200 patent alıblar. Fransada fəaliyyət göstərən firmalar öz seqmentlərində liderlik edirlər, bu həm onların istehsal etdiyi avadanlığın növünə, həm də yüksək keyfiyyətinə aiddir. Belə yüksək göstəricilər sayəsində Fransa avtomobil avadanlıqları sektorunda 1,74 milyard avroya çatan müsbət saldoya malikdir.
Barbara Löblan
Sərgi salonlarının sahəsi: 120.000 kv.m
İştirak edən müəssisələrin sayı: 1.800
Tamaşaçıların sayı: 125.000
Sektorun dövriyyəsi: 16,15 milyard avro
İnternet səhifə
http://www.equipauto.com/