Muəllif:

Avtomobil bazarında qiymətlər artıb

Yeni avtomobil almaq arzusuna düşənlər maşın bazarına yollansalar da, bir çox halda istədikləri avtomobili ala bilmirlər. Səbəb isə qiymətlərin baha olmasıdır. Müşahidə olunan qiymət artımı daha çox Rusiya istehsalı avtomobillərdə nəzərə çarpır. Qiymətlərdəki artım alıcı sayına da mənfi təsir göstərib. Mütəxəssislər isə ənənəvi olaraq ilin əvvəlində avtomobil bazarında dinamikanın aşağı olduğunu bildirir.
Ekspert Ramin Osmanovun ilin sonunda təklifin çox kəskin artımı baş verir ki, bu da ilin əvvəlində bir qədər stabilliyin durğunluğun yaranması ilə nəticələnir: «Fevral ayını da bu dövrə əlavə etmək olar. Yalnız mart ayından avtomobil bazarında canlanmanın başladığını xarakterizə eləmək olar». Ramin Osmanov 2012-ci ili avtomobil bazarında yeni bir dövrün başlanğıcı kimi də xarakterizə edir:
«Bu əsasən təkrar avtomobil bazarından alıcıların çox kəskin surətdə ilkin avtomobil bazarına inteqrasiyası ilə bağlıdır. Yəni bankların yeni avtomobil bazarına kredit ayırması tədricən avtomobil bazarının yenilənməsinə gətirib çıxardı».
Ekspert onu da bildirdi ki, ilkin avtomobil bazarında şərq ölkələrində istehsal olunan avtomobillərə maraq böyük olsa da, təkrar bazarda daha çox Almaniya istehsalı avtomobillərə tələbat yüksəkdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 254