Muəllif:

Avtomaşından AKM çıxdı

Şamaxıda silahlı insident törədən bir qrup şəxs tutulub. DİN saytına istinadən, Qobustan Polis Şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Təklə kəndi ərazisində yolun kənarında dayanan «Niva» markalı avtomaşında olan 4 naməlum şəxs şübhə doğurduqlarından avtomaşına baxış keçirilib və orada 1 ədəd «AKM» silahı aşkar edildiyindən onlar Rayon Polis Şöbəsinə gətiriliblər. Araşdırmalar zamanı onların Şamaxı şəhər sakinləri Azər Əliyev, Mübariz Ömərov, Ülvi Kazımov və Lətif Nəbiyev olması, eləcə də L. Nəbiyevin Şamaxı rayonu ərazisində Ə. Əzizov tərəfindən idarə edilən avtomaşının istiqamətində atəş açması, habelə avtomaşından götürülən «AKM» silahının da ona məxsus olması müəyyən edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123